“Saytlardan Xaricdəki bloqerlərin Azərbaycanda hansısa məmurlardan böyük məbləğdə pul alması ilə bağlı malumatı oxudum: “Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl Avropada yaşayan siyasi fəal Surxan Lətifov belə bir status paylaşıb: “Deməli, Almaniya prokurorluğu konkret faktlar əsasında Almaniyada olan azərbaycanlı bloqerlərə qarşı araşdırma başladıb. Məsələ bundadır ki, həmin bloqerlər müxtəlif dövrlərdə şantaj yolu ilə azərbaycanlı məmurlardan 500 min avro pul alıblar. Pulvermə prosesi isə Azərbaycan DTX tərəfindən sübutlarla rəsmiləşdirilib. Almaniya prokurorluğuna verilib. …İndi prokurorluğa çağırılıb bir-bir ifadə verirlər. Daha çox hansısa Tural Sadıqlı adlı bloqerin adı hallanır”.

araz.az   xəbər verir ki, bunu deputat Etibar Əliyev “Facebook” hesabında paylaşıb.

“Şizofrennik Tural Sadıqlı və digər satqınlara maliyyə vəsaiti ötürənlərin adları ictimaiyyətə elan olunmalıdır. Qalib xalq bu alçaqları və vətənə xəyanət edənləri tüpürcək selində boğmalıdır” – deputat qeyd edib.

E.Əliyev bildirib ki, özlərini bəşərəyiyyətə demokratik dövlətlər kimi sırıyanlar onlarda mühacir adı ilə sığınacaq tapan quldurları ekstradisiya etməlidirlər:

“Parlamentdə çıxışlarımın birində Azərbaycana qarşı böhtan və iftira yağdıran bir iranlı diplomatı Buridanın eşşəyinə bənzətmişdim. Xaricdəki satqınlar iranlı diplomatın adını mətndən çıxararaq haqqımda ədəbsiz və əxlaqsız ifadələr işlətdilər. Maraqlıdır ki, onların buradakı dostları çıxışımın mətninə baxmadan onlara istinad etdilər. Ölkədə böyük bir antimilli, satqın qruplaşma uzun müddət gizlində qala bilməz. İnsanların əsəbləri ilə oynayan belə nadürüstlərin ifşa olunmasının vaxtıdır”. /Yenisabah.az/

araz.az xəbər portalı.