Millət vəkili Etibar Əliyev Avropadakı bəzi “blogerlərin” Azərbaycanda bəzi məmurlardan külli miqdarda rüşvət alması işi üzrə aparılan araşdırmalara münasibət bildirib.

Qeyd edək ki, bu barədə elə onların özləri məlumat yayıb və aralarında sosial şəbəkələrdə qarşılıqlı təhqir dolu ittihamlar başlayıb

Etibar Əliyev “Feysbuk” səhifəsində yazır: “Saytlardan xaricdəki blogerlərin Azərbaycanda hansısa məmurdan böyük məbləğdə pul alması ilə bağlı məlumatı oxudum. Yazırlar ki, bir müddət əvvəl Avropada yaşayan siyasi fəal Surxan Lətifov belə bir status paylaşıb: “Deməli, Almaniya prokurorluğu konkret faktlar əsasında Almaniyada olan azərbaycanlı blogerlərə qarşı araşdırma başladıb. Məsələ bundadır ki, həmin blogerlər müxtəlif dövrlərdə şantaj yolu ilə azərbaycanlı məmurlardan 500 min avro pul alıblar. Pulvermə prosesi isə Azərbaycan DTX tərəfindən sübutlarla rəsmiləşdirilib, Almaniya prokurorluğuna verilib. İndi prokurorluğa çağırılıb, bir-bir ifadə verirlər. Daha çox hansısa Tural Sadıqlı adlı blogerin adı hallanır”.

Şizofrenik Tural Sadıqlı və digər satqınlara maliyyə vəsaiti ötürənlərin adları ictimaiyyətə elan olunmalıdır. Qalib xalq bu alçaqları və vətənə xəyanət edənləri tüpürcək selində boğmalıdır.

Özlərini bəşəriyyətə demokratik dövlətlər kimi sırıyanlar onlarda mühacir adı ilə sığınacaq tapan quldurları ekstradisiya etməlidirlər. Parlamentdə çıxışlarımın birində Azərbaycana qarşı böhtan və iftira yağdıran bir iranlı diplomatı Buridanın eşşəyinə bənzətmişdim. Xaricdəki satqınlar iranlı diplomatın adını mətndən çıxararaq haqqımda ədəbsiz və əxlaqsız ifadələr işlətdilər. Maraqlıdır ki, onların buradakı dostları çıxışımın mətninə baxmadan onlara istinad etdilər. Ölkədə böyük bir antimilli, satqın qruplaşma uzun müddət gizlində qala bilməz. İnsanların əsəbləri ilə oynayan belə nadürüstlərin ifşa olunmasının vaxtıdır”.

araz.az xəbər portalı.