Bakının ən dik yollarından biri ləğv olunur.

araz.az Xəzər TV-yə istinadən bildirir ki, söhbət Yasamal rayonu, Süleyman Tağızadə küçəsindən gedir.

Burdan üzü Nəriman Nərimanov heykəli istiqamətində hərəkət sxeminin dəyişdirilməsi üçün işlərə başlanıb.

Ərazidə iş aparan şəxslərdən öyrəndik ki, avtomobillərin nasazlığına səbəb olan dik yoxuşlu hazırki yol ləğv ediləcək. Əvəzinə parkın ətrafından dolayı yol inşa ediləcək. Yeni layihə sürücülərin də ürəyincədir.

Məlumatda o da bildirilir ki, işlər mərkəzi parkın ərazisinin genişləndirilməsi və ətraf ərazinin abadlaşdırılması çərçivəsində növbəti mərhələ kimi həyata keçirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

araz.az xəbər portalı.