Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında tarixçi -araşdırmaçı Vüqar Dadaşovun imza günü keçirilib.

araz.az  xəbər verir ki, o, tarixi mənbələrə əsaslanmış fəlsəfi əsərlərin müəllifidir
Tarixçinin 130-dan çox elmi, hüquqi, siyasi araşdırma xarakterli məqalələr yazıb. Onun əsərləri milli-ideologiyaya söykənib.

Hər iki Qarabağ müharibəsi iştirakçısı olan yazar Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Onun əsərləri ali məktəblərdə tədris olunmaq üçün tövsiyə olunan kitablar siyahısındadır. Tarixçinin iki kitabı çap olunub.

Qeyd edək ki, bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 7-ci günüdür. Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.

Festival mayın 31-də öz işinə yekun vuracaq.

araz.az xəbər portalı.