Bəs görəsən, hüquqi baxımdan tənzimləmələr mümkündürmü?
araz.az bildirir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev bildirib ki, sözügedən problemlərə bağlı qaydalara müəyyən dəyişikliklər olunub:
“Yeni tikilililərdə olan dələduzluq və fırıldaqlarla bağlı bəzi dəyişikliklər oldu. Bu dəyişikliklər müştərilərin hüquqlarının müdafiəsinə yönəldi. Mövcud qaydalara görə, alıcı ödənişi mənzilin hazır olduğu hissələrinə görə ödəməlidir. Bütün bunlar hamısı notarius vasitəsi ilə rəsmiləşdirilməlidir. Məsələn, alıcı hansısa ünvandakı hansısa mənzili alırsa, bu artıq notariusun sistemində oturmalıdır. Çünki əgər mənzil hansısa bir nəfərin adına çıxarış olmadan belə rəsmiləşirsə, o ikinci dəfə başqasına satıla bilməz. Bir mənzilin bir neçə nəfərə satılması hallarına indi də rast gəlmək olur. Bunun qarşısını almaq üçün belə bir qayda mövcuddur. Ancaq təəssüf ki, bu qaydalara riayət olunmur. Tiktini şirkəti özünün qoyduğu qaydalara uyğun davranır. Ödənişin nə qədər və haçan olmasını şirkət özü diktə edir. Bu da müştərilərin gözləntilərini doğrultmur, hüquqlarını pozur”.
Vəkil sövdələşmə zamanı şirkətlərin də alıcılar qədər məsuliyyətli olmalı olduğunu qeyd edib:
“Öz vəkillik təcrübəmə əsasən deyə bilərəm ki, tikinti şirkəti camaatdan aldığı pulu tikdiyi binaya yönəltməkdənsə, tikintisi davam edən başqa bir binaya yönləndirir. Elə olur ki, hər ikisi bina ya yarımçıq qalır, ya da çox gec təhvil verilir. Bu əlbəttə ki, qanunsuzdur. Yaxşı olardı ki, alıcılara müqavilə bağlanan zaman mənzilin təqribi təhvil vaxtı göstərilsin. Necə ki, müştəri ödənişlə bağlı müəyyən məsuliyyət daşıyırsa, mənzilin təhvili ilə bağlı da şirkət məsuliyyət daşımalıdır. Dünya nümunəsində tikinti şirkətləri binaları öz maddi hesablarına tikir və daha sonra satışa çıxarır. Bizdə isə şirkətlərin əksəriyyəti çalışır ki, məhz alıcıların pulu ilə tikintini həyata keçirsin. Bunun qarşısını isə sadəcə qanunvericiliklə almaq olar”.
araz.az xəbər portalı.