“Qondarma “Böyük Ermənistan” mifi də daxil olmaqla ermənilərin bütün tarixi yalan və saxtakarlıqlar üzərində qurulub”.
araz.az bildirir ki, bu sözləri Globalinfo.az-a Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli yazdığı statusun Ermənistan ictimaiyyətində müzakirələrə səbəb olması haqda deyib.
Onun sözlərinə görə, ermənilər son 200 ildə məskunlaşdıqları Qərbi Azərbaycan ərazisi ilə bağlı hər hansı bir həqiqətin – faktın, sənədin, sübutun, mənbənin ortaya qoyulmasından təşvişə düşürlər:
“Həm də ona görə təşvişə düşürlər ki, onillər boyu dünyaya sırıdıqları yalanların üstü açılır və əsl sifətləri ortaya qoyulur. Əgər biz 44 günlük müharibədə ermənilərin 30 illik “Ohanyan səddi”ni darmadağın edib, torpaqlarımızı işğaldan azad etdiksə, indi də bu cür tarixi sübutlarla 200 illik erməni yalanlarını darmadağın edərək, dünya tarixi düşüncəsini erməni işğalından azad etmək mərhələsindəyik”.
araz.az xəbər portalı.