raket esedStokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatına görə, siyahıda ilk yeri 57 faizlə ABŞ tutur.

Rusiya silah satışına görə dünya ikinci sıradadır. Hazırda şimal qonşumuz silah satışında 9.5 faizlik paya sahibdir.

İngiltərə isə 9 faizlik göstərici ilə üçüncü yerdə qərarlaşıb.

Dünyanın 100 ən böyük silah və hərbi məmulatlar istehsalçısının satışı 2017-ci ildə 44 faiz artaraq 398.2 milyard dollara çatıb.

Qeyd edək ki, 1989-cu ildə yaradılan Stokholm Beynəlxalq Sülh Araşdırmalar İnstitutu (SIPRI) dünya hərbi sənayesinin inkişafını, silah bazarındakı vəziyyəti analiz edir. Bu qurum Çin xaric bütün ölkləri, o cümlədən 2002-ci ildən bəri Rusiya şirkətlərini də araşdırır.

 
 

araz.az xəbər portalı.