Azərbaycanda fərdi sahibkarların gəlirləri 2023-cü ildə illik müqayisədə 5 mlrd. 586.5 milyon manat və ya 21 faiz artıb.

araz.az  bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2022-ci ildə fərdi sahibkarların gəlirlərinin həcmi 27 mlrd. 62.6 mln. manat olduğu halda, bu rəqəm növbəti ildə artaraq 32 mlrd. 649.1 mln. manat olub.

Fərdi sahibkar dedikdə, hüquqi şəxs təsis etmədən sahibkarlıqla məşğul olan fiziki şəxslər nəzərdə tutulur.

Oktyabrın 1-i vəziyyətinə fərdi sahibkarların sayı 1 milyon 300 mini ötüb. Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (26.8 faiz), Lənkəran-Astara (10.2 faiz), Qazax-Tovuz (7.9 faiz) və Mərkəzi Aran (7.1 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb. Fərdi sahibkarların 77.4 faizini kişilər, 22.6 faizini isə qadınlar təşkil edib.

2023-cü ildə banklar həmin şəxslərə ümumilikdə 2 mlrd. 929 mln. manat kredit verib və bu illik müqayisədə 36 faiz artımdır.

araz.az xəbər portalı.