Gürcü Arzusu hakimiyyətdə son günlərini yaşayır. Onları təhdid edən bütün sələfləri məğlubiyyətə düçar oldular.

araz.az   xəbər verir ki, bunu Gürcüstanın Respublikaçılar Partiyasının liderlərindən David Berdzenişvili deyib.

Onun sözlərinə görə, sentyabrda ölkənin müxalifət cəbhəsində iki nəhəng rəqib arasında siyasi birləşmə olacaq. Onlardan biri Mixail Saakaşvili və tərəfdaşlarının yaratdığı birlik, digəri isə Salome Zurabişviliyə yaxın qrupların birliyi olacaq:

“Saakaşvili müxalifətin az qala yarısının lideridir. İndi o çalışır ki, konstruktiv rol oynasın. İki versiya var: biri qrand-koalisiya və ya vahid böyük siyahının yaradılması, digəri isə Mixail Saakaşvili və tərəfdarlarının olduğu birlik. Güman edirəm, böyük birləşmələr yaşanacaq, onların da Zurabişvilinin müxalifət lideri olması ilə bağlı narazılığı olacaq”.

Qeyd edək ki, Gürcüstan oktyabrda parlament seçkisinə gedəcək. Ölkədə xarici agentlər haqqında qanunun dəyişməsindən sonra bunun ölkə üçün həyati əhəmiyyətli olacağı təxmin edilir. Saakaşvili artıq hökumətə qarşı müxalifətin birləşməsi ilə bağlı çağırış edib. Bəzi ekspertlər isə oktyabr seçkilərini avrointeqrasiya və Rusiya tərəfdarları arasında mübarizə kimi qiymətləndirirlər.

araz.az xəbər portalı.