Altı illik həbs müddətinin başa çatmasına az qalmış yeni ittihamla cinayət məsuliyyətinə cəlb edilən sabiq deputat Hüseyn Abdullayev aclıq aksiyasına başlayıb.
Bu barədə qafqazinfo-ya onun vəkili Cavad Cavadov məlumat verdiyini, araz.az da, oxucularının diqqətinə çatdırır.
Cavad Cavadov qeyd edib ki, Hüseyn Abdullayevin aclıq etməsi ilə bağlı Bakı İstintaq Təcridxanasının rəhbərliyinə məlumat verilib.
Qeyd edək ki, Hüseyn Abdullayev cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur. Onun haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib
araz.az xəbər portalı.