7489d.jpg

Çində 120 minə yaxın uyğur-müsəlman Sintsyan-Uyğur muxtar rayonunun Kaşqar şəhərindəki siyasi təhsil düşərgəsinə göndərilib.
Araz.az bildirir ki, bu haqda CNN Radio Free Asiaya istinadən məlumat yayıb.

Məlumata görə, əsas din İslam olan Çin Xalq Respublikasının ən böyük regionlarından birində hakimiyyət on minlərlə uyğuru islah etmək məqsədilə siyasi düşərgələr yaradıb.

Onlar orada inqilabi mahnılar oxuyur, Çin Xalq Respublikasının sədri Si Tszinpinin ideyalarını öyrənir, doğma olmayan Çin dilində danışırlar. Yerli sakinlər uyğur dilində danışırlar.

Mərkəzi hökumətin bu davranışı insan haqları uğrunda mübarizə fəalları və yerli sakinlər tərəfindən ciddi narazılığa səbəb olub. 

“Hər bir həyətdən, hər ailədən 3-4 nəfər yığırlar”, – Ümumdünya uyğur konqresinin komitə sədri Ömər Kenat söyləyir. – Bəzi kəndlərdə küçələrdə, ümumiyyətlə kişi yoxdur, yalnız qadınlar və uşaqlardır, kişilərin hamısını düşərgələrə aparıblar”.

Fəallar iddia edirlər ki, Si Tszinpinə loyal olan yerli hökumətin fəaliyyəti qanunsuzdur. 

Hakimiyyət potensial təhlükəli uyğurları təkcə həbs edib həbsxanalarda oturtmur, həm də hər şerə müşahidə kameraları quraşdırır, yaşı 16-dan 65-ə qədər olan sakinlərinin hamısının DNK nümunəsi toplanılır.
PRESSDAY.az 

araz.az xəbər portalı.