Azəriqaz” İstehsalat Birliyinin sabiq baş direktoru Ruslan Əliyevlə bağlı yeni faktlar üzə çıxıb.
Ruslan Əliyev dayısı olan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin sabiq rəis müavini, Yol Patrul Xidməti (YPX) Alayının keçmiş komandiri, təqaüddə olan polis polkovniki Balakişi Əhmədovun xahişi və dəstəyi ilə “Azərenerji” ASC-də vəzifə verilib.
Balakişi Əhmədov qohumuna vəzifə verilməsi üçün “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Rzayevdən xahiş edib. “Azərenerji” rəhbəri isə köhnə dostunun xahişini yerə salmayıb.
Əldə etdiyimiz digər məlumata görə, vaxtilə Ruslan Əliyevin yüksək vəzifəyə təyin etdiyi müavinləri – Cahid Hüseynov və Rəşad Cavadov yenə də öz “ampulalarındadır”. “Azəriqaz”dakı mənbəmizin sözlərinə görə, qurumun yeni rəhbəri Azər Məmmədov Ruslan Əliyevin komandasına hələ ki, toxuna bilmir. Hətta, Ruslan Əliyevin “Azəriqaz”dan gedərkən yeni rəhbərlikdən Cahid Hüseynovun və Rəşad Cavadovun vəzifəsində saxlanılmasını xahiş etdiyi bildirilir.
Ruslan Əliyev Azər Məmmədovdan xahiş edib ki, Cahid Hüseynov və Rəşad Cavadova bir müddət toxunulmasın, yaxın vaxtlarda onlara “Azərenerji” ASC-də vəzifə veriləcək.
Xatırladaq ki, Cahid Hüseynov Ruslan Əliyevin yaxın dostu və kirvəsidir. Mediada onların ortaq böyük biznesə sahib olduqları iddia edilir.
Rəşad Cavadov da Ruslan Əliyevin sadiq dostlarından biridir. Vaxtilə Ruslan Əliyev “Azəriqaz” İB-nin Satış və İstismar üzrə müavini olarkən, Rəşad Cavadov onun Baş direktor vəzifəsinə gəlməsinə ciddi dəstək vermişdir. Hətta, Əkbər Hacıyev “Azəriqaz” İB-nin Baş direktoru işlədiyi zaman Rəşad Cavadov (həmin vaxtı Rəşad Cavadov Tərtər Regional Qaz-İstismar İdarəsinin rəis müavini vəzifəsində çalışırdı) Ruslan Əliyevə görə ona qarşı mübarizədə yer almışdır. Nəticədə Ruslan Əliyev dostları – Rəşad Cavadovun və Cahid Hüseynovun dəstəyi ilə Əkbər Hacıyevin yerinə gətirilmişdir.
Hətta, Əkbər Hacıyev “Azəriqaz” İB-nin Baş direktoru işlədiyi zaman Rəşad Cavadov (həmin vaxtı Rəşad Cavadov Tərtər Regional Qaz-İstismar İdarəsinin rəis müavini vəzifəsində çalışırdı) Ruslan Əliyevə görə ona qarşı mübarizədə yer almışdır. Nəticədə Ruslan Əliyev dostları – Rəşad Cavadovun və Cahid Hüseynovun dəstəyi ilə Əkbər Hacıyevin yerinə gətirilmişdir.
Qeyd edək ki, Azər Məmmədov təyin oldunduğu az müddətdə “Azəriqaz” İB-də ciddi islahatlara start verib. O, rəhbərlik etdiyi qurumun fəaliyyətinə bir sıra müsbət yeniliklər gətirməyə çalışır.
araz.az bildirir ki, Rəşad Cavadov məsələ ilə bağlı 32gun.az-a açıqlamasında, “Azərenerji” ASC-də vəzifəyə təyin olunacağı ilə bağlı iddianın doğru olmadığını deyib.
“Azəriqaz” İB-dən bildirilib ki, məlumat həqiqəti əks etdirmir.
Məsələ ilə bağlı “Azərenerji” ASC-yə sorğu göndərsək də sorğumuza cavab verilməyib.
araz.az xəbər portalı.