“İyunun 9-da Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşən Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Ceyhun Tofiq oğlu Hüseynovun Ermənistan ərazisinə keçdiyini və Dərələyəzin Areni kəndi yaxınlığında saxlanıldığını erməni mediası yazıb, hələlik rəsmi açıqlama yoxdur”. 
 
“Sherg.az”ın xəbərinə görə, bunu tanınmış jurnalist, siyasi şərhçi Elşad Paşasoy yazıb. 
 
E.Paşasoy bildirib ki, əgər belədirsə, Ermənistan Azərbaycan əsgərini dərhal geri təhvil verməlidir, əks halda sülh prosesinə zərbə vurmuş olacaq: 
“Hələlik iki ölkə arasında yalnız Qazax rayonu istiqamətində, 12,7 kilometrlik dövlət sərhədi razılaşdırılıb. Digər ərazilərdə isə sərhəd anlayışı mövcud deyil, hələ bilmək olmaz, Azərbaycan əsgərinin keçdiyi ərazi delimitasiya, demarkasiya prosesində hansı ölkənin sərhədləri daxilində qalacaq. Odur ki, çox düşünməsinlər, hansısa tamaşa hazırlamaq eşqinə düşmədən Ceyhunu geri qaytarsınlar!
Və Ermənistan 5 il öncəki Günnüt əməliyyatını unutmasın! DÖVLƏTİMİZƏ GÜVƏNİRİK!”.

araz.az xəbər portalı.