Mübariz İbrahimovun anadan olmasının 31-ci ildönümü münasibətilə “Mübariz İbrahimov – vətənpərvərlik nümunəsi” mövzusunda araşdırma-yazı müsabiqəsi elan edilib.
Araz.az xəbər verir ki, bu müsabiqəni jurnalist Şahin Sərdarlı öz maaşı hesabına elan edib.
Müsabiqədə iştirakın yaş məhdudiyyəti yoxdur.
Mükafatlandırılma aşağıdakı formada aparılacaq:
I yer – 1 nəfər – 100 manat
II yer – 2 nəfər – 75 manat
III yer –3 nəfər – 50 manat
QEYD: Müsabiqə fondu 1 aylıq əməkhaqqım hesabına maliyyələşəcək.
Müsabiqənin mükafatlandırma mərasimi Mübariz ibrahimovun doğum günündə – 7 fevral tatixində baş tutacaq (Məkan haqqında ətraflı məlumat verəcəm).
Yazıları “shahinsardarli@outlook.com” email ünvanına göndərməyiniz xahiş olunur.
Müsabiqədə qalib olmuş yazılar mətbuatda dərc olunacaq.
Müsabiqəyə qatılmaq üçün SON TARİX:
31.01.2019
ƏLAQƏ: (055) 572 46 51
Şahin Sərdarlı
araz.az xəbər portalı.