“Kapital Bank” ASC-nin 50 milyon manatlıq istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır.

araz.az   Bakı Fond Birjasına istinadən xəbər verir ki, istiqrazlara 42 investor tərəfindən 42 sifariş təqdim edilib. Sifarişlərin ümumi həcmi 96 milyon 91 min 600 manat, reallaşdırılmış həcm 50 milyon manat təşkil edib.

İstiqrazların sayı 500 min ədəd, hər birinin ilkin ticarət qiyməti 100 manat, tədavül müddəti 1 il, illik gəlirlilik faizi 10% təşkil edir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: “Kapital Bank” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2009005151

İstiqrazın növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı

İstiqrazın sayı: 500,000 (ədəd)

İlkin ticarət qiyməti: 100 manat

Buraxılış həcmi: 50,000,000 manat

İllik gəlirlilik faizi: 10%

Ödəmə Periodu: İldə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə) hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir

Tədavül müddəti: 1 il

Hərrac qiyməti: 100 manat

Reallaşdırılmış həcm: 50,000,000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 96,091,600 manat

İnvestor sayı: 42

Sifariş sayı: 42

İstiqrazların ödəmə tarixi: 10.06.2025

Anderrayter: “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC

araz.az xəbər portalı.