“Bölgələrdə metro xəttlərinin çəkilməsi ilə bağlı məsələ Bakı Metropoliteni QSC-nin səlahiyyətinə daxil deyil”.
araz.az bildirir ki, bunu Metbuat.az-a açıqlamasında Metropolitenin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, bu qərar regionların inkişafı və ictimai nəqliyyat sektorunun təlabatı ilə bağlı ola bilər:
“Metropoliten sisteminin kifayət qədər bahalı və texniki cəhətdən mürəkkəb infrastruktur quruluşu olduğuna görə, məsələlərin xüsusi müzakirəsi tələb olunur. Ümumi olaraq isə bununla bağlı müzakirələrin gedib-getməməsi barədə məlumat yoxdur”.
araz.az xəbər portalı.