Öndər.TV-nin təsisçisi, “İnkşafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir ilə görüşüb.
araz.az xəbər verir ki, görüş Cihangir İşbilirin doğum gününə təsadüf edib. Görüş zamanı Ramil Əliyev Alptekin Cihangir İşbiliri yeni təyinatı, doğum günü və qarşıdan gələn Qurban Bayramı münasibətilə təbrik edib, ona uğurlar arzulayıb.
Eyni zamanda Türkiyə-Azərbaycan arasında ictimai, siyasi və mədəni əlaqələrin gücləndirilməsinin vacibliyi önə çəkilib. R.Əliyev Öndər.tv və rəhbəri olduğu ictimai birliyin bu günə qədər göstərdiyi fəaliyyətlə bağlı məlumat verib. Görüş zamanı Cihangir İşbilir ilə Azərbaycan-Türkiyə mediası arasında əlaqələrin inkişafı, qarşıda duran vəzifələr və görüləcək faydalı işlərlə bağlı müzakirələr aparılıb.
Eyni zamanda bu il COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyəti qeyd edilib. C.İşbilir bildirib ki, bu tədbirlə bağlı təbliğatın gücləndirilməsi vacibdir.
Görüşün sonunda R.Əliyev Azərbaycan mədəniyyətini simvolizə edən hədiyyəni C.İşbilirə təqdim edib.
C.İşbilir isə R.Əliyevə Fəxrəddin Altunun müəllifi olduğu “Türkiyə nizamsızlıq çağında sabitləşdirici güc kimi” adli kitabını hədiyyə edib.


araz.az xəbər portalı.