1544887985_1-27.jpg

Alimlər, həkimlər gecə yataqda ümumiyyətlə geyimsiz yatmağın faydaları barədə illərdir, danışırlar. Belə ki, lüt yatmaq həm hormonal, həm fiziki, həm də ürək-damar sisteminə xeyirlidir.

Medicina.az çılpaq yatmağın 5 FAYDASINI sadalayır.

1.Kişilərdə impotensiyanın qarşısını alır, nəsilartırma qabiliyyətini yüksəldir.

Lüt yatan kişilərdə spermanın fraqmentasiyası 35% az baş verir, xüsusən dar, narahat alt paltarı geyinən kişilərdə impotensiya əlamətləri daha erkən başlayır.

2. Stresi azaldır, yaxşı əhval gətirir.

İnsan geyimsiz yatanda, bədəndən yaxşı əhvalın hormonu olan oksitosin istehsal olunur, stress hormonu kortizolun səviyyəsini azaldır, melatonin tənzimlənir. Bədən çox rahatlanır.

3.Dərini qocaltmır

Geyimsiz yatmaq bədən hərarətini normada saxlayır, tərləmə azalır, geyimlərlə tərləmiş dəri arasında kimyəvi reaksiya getmir, bununla da təhlükəli bakteriyaların sayı azalır. Çılpaq yatdıqda dəri sanki nəfəs alır, rahatlanır, dərin və keyfiyyətli yuxuya gedir. Qan dövranı yaxşılaşır, nəticədə insan gec qocalır.

4.Diabet və ürək-damar xəstəlikləri riski azalır.

Alimlərin araşdırmasına görə 6-7 saatdan az yatan insanlarda diabet və ürək xəstəlikləri riski 3 dəfə yüksək olur. Lüt yatmaq ürəyin işini yuxuda asanlaşdırır.

5.Münasibətləri yaxşılaşdırır.

Geyimsiz yatan partnyorlar arasında daha sağlam, xoş münasibətlər və bağlılıq olur. Geyimsiz yatan insanın bədənindən yuxuda sintez olunan hormonlar partnyorların dərisi ilə bir-birinə keçir, bu da onlarda uyğunluluq hormonlarını artırır.

araz.az xəbər portalı.