Ölkədə işsizliyin artmasına rəvac verən hansı qurumdur? Məqsəd? Müvafiq qurumlar tərəfindən araşdırılmasına ciddi ehtiyac duyulur.
Aldığımız məlumatda yazılıb ki:

-Azəriqaz İB Ağsu Regional Qaz İstismar İdarəsinin Ağsu xidmət sahəsində çalışan (ictimai işlər üzrə) işçiləri kütləvi şəkildə işlərindən azad olunurlar. Həmin işçilər fəhlə köməkçisi işləyirdilər. 2016 cı ildə işə daxil olan işçiləri çıxarıblar. Heç bir səbəb göstərmədən işçilərlə bağlanmış Əmək Müqaviləsinin müddəti  artırılmayıb. İşçilərlə müqavilə 1 aydan bir bağlanırdı. Əmək müqaviləsi hər ay  avtomatik yenilənirmiş. Məndə olan məlumata görə 20- yə yaxın işçi, işindən azad olunub. Hal hazırda rəsmi olaraq 14 nəfər çıxarılıb. İşdən azad olunanlar arasında şəhid ailələri də var. Bu say 110 nəfərə kimi artacaq.   Siyahi Dost Mərkəzindən göndərilib və bu hər ay davam edəcək.
Sonda: sözün ,insafın ,ədalətin və qanunun bitdiyi yer.
Mirvari Qəhrəmanlı, Hüquq müdafiəçisi “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin rəhbəri
efafcaa5df87f4ba9e10da7cc104ccd7.jpg

araz.az xəbər portalı.