Avropaya ilk dəfə gedən azərbaycanlıların ilk nəzərinə çarpan fenomen Berlin, Paris, Roma küçələrində böyük mühərrikli avtomobillərin azlığıdır. Bəs doğrudanmı bir alman, italiyalı və ya fransız son model Porsche sürmək istəmir? Yaxud dünyanın ən bahalı şəhəri olan parisdə yaşayanlar bu qədərmi kasıbdır?

araz.az  Avtosfer.az-a istinadən  xəbər verir ki, Avropada lüks avtomobil almağa mane olan əsas amil vergidir. Bu, Fransada özünü daha aydın göstərir. Məsələn, son model Porsche Cayenne və ya Bentley üçün ekologiya vergisi (malus) bəzən 60 min avroya çatır. Bu vergi maşını alarkən bir dəfə ödənilir. Lakin çıxış yolu var.
Fransa vətəndaşı çoxuşaqlıdırsa və ailənin yerləşdirilməsi böyük avtomobil tələb edirsə, o zaman ciddi güzəştə gedilir. Məsələn, bir qədər köhnə model avtomobil üçün 22 min avro ekologiya vergisi varsa, üçuşaqlı ailə cəmi 120 avro ödəyəcək. Yaxud, 20 il əvvəl istehsal edilmiş Volkswagen Golf R modelinin ekologiya vergisi 49 000 avro olduğu halda, üçuşaqlı ailə cəmmi 330 avro ödəyəcək.
Lakin bu qayda bütün avtomobillərə şamil edilmir. Kimsə dəyəri yüz minlərlə ölçülən lüks avtomobil alırsa, adi qaydada vergi ödəməlidir.
Çoxuşaqlı ailə güzəştdən 2 ildə 1 dəfə bəhrələnə bilər.

araz.az xəbər portalı.