“Zərbə zamanı ən azı 10 “ATACMS” raketindən istifadə edilib və Rusiyanın hava hücumundan müdafiə sistemi onların heç birini tuta bilməyib…”
Ukrayna müvəqqəti olaraq işğal olunmuş Krım yarımadasında Rusiya hədəflərini, o cümlədən düşmən “S-400” sistemlərini məhv etmək üçün “ATACMS” raketlərindən fəal şəkildə istifadə edir.
araz.az xəbər verir ki, “UNİAN”-ın məlumatına görə, bu barədə “Forbes” yazıb.
Məsələn, mayın ortalarında Ukrayna hərbçiləri işğal olunmuş Krımın Sevastopol şəhəri yaxınlığındakı Rusiyanın Belbek bazasına Amerika istehsalı olan 10 raketdən ibarət güclü yaylım atəşi açıblar. Zərbə işğalçılara xeyli ziyan vurub. Yerdən çəkilmiş foto-şəkillər bir radar və “S-400” zenit batareyasının iki buraxılış qurğusunun məhv edildiyini təsdiqləyib. Raketlərin yaxınlıqdakı hərbi aerodromda olan 4 hərbi təyyarəni də zədələdiyi bildirilir.
“Təəccüblü deyil ki, ruslar məhv edilmiş “S-400” komponentlərini tez bir zamanda dəyişdirdilər, lakin bir müddət əvvəl Ukrayna Belbekdə “S-400” batareyasını vurdu. Naməlum döyüş sursatları, ehtimal ki, eyni “M39A1 ATACMS” yaxınlıqdakı digər iki hava hücumundan müdafiə batareyasını da vurdu: başqa bir “S-400” və daha qısa mənzilli “S-300”-ü məhv etdi.
Zərbə zamanı ən azı 10 “ATACMS” raketindən istifadə edilib və Rusiyanın hava hücumundan müdafiə sistemi onların heç birini tuta bilməyib”, – Ukrayna Müdafiə Strategiyaları Mərkəzindən bildirilib.
Qeyd olunub ki, iki radar məhv edilib: bir “S-300” və bir “S-400” batareyası. Üçüncü radardan gələn məlumat dəqiqləşdirilir.
Belbek Rusiya Aerokosmik Qüvvələrinin ən yaxşı hava hücumundan müdafiə sistemi üçün tükətmə tələsinə çevrilir. Qərb nəşri yazır ki, Ukrayna ruslar yeni raket batareyalarını yerləşdirən kimi onları məhv edir. Ruslar artıq iki “S-400” komanda məntəqəsini, dörd radarı və 16 buraxılış qurğusunu itiriblər. Bunu “Oryx”analitikləri də təsdiq edə bilər.
“Ümumilikdə, Ukraynanın raket reydləri dörd və ya beş “S-400” batareyasının hissələrini məhv etmiş ola bilər. Qəribədir ki, “S-400”-lər raket əleyhinə sistemlər kimi hazırlanıb, lakin görünür, onlar işləmir. (…) Rusiya Aerokosmik Qüvvələrinin 50-dən çox S-400 batareyası var, ancaq bu batareyalar Ukraynanın raket hücumlarına tab gətirə bilmirsə, onlar Ukraynada nə qədər çox “S-400” yerləşdirsələr, o qədər çox “S-400”-ləri itirəcəklər”, – deyə “Forbes” vurğulayır.
“Bəzi rusiyalı müşahidəçilər daha ciddi hücumların olacağından qorxurlar. Əgər ukraynalılar Amerikanın zərbə doktrinasına əməl edirlərsə, o zaman ilk növbədə hava hücumundan müdafiə batareyalarına hücum edilir. Bundan sonra “qanadları altında geniş silah-sursat olan “F-16”-ya əsaslanan aviasiya” işə düşəcək”, – rusiyalı blogerlərdən biri belə deyib.
“İlk “F-16”-lar – keçmiş Danimarka modelləri – yaxın həftələrdə Ukraynaya çatmalıdırlar, əgər qırıcılar “ATACMS” raketlərinin zərbələri altında daim zəifləyən Krımdakı Rusiya bazalarını vurmağa başlasa, təəccüblənməyin”, – deyı nəşr ümumiləşdirir.
Rusiyanın Krımda hava hücumundan müdafiəsi…
Rusiya qoşunları müvəqqəti işğal olunmuş Krımda hava hücumundan müdafiə sistemini gücləndirir. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov danışıb.
Onun sözlərinə görə, ruslar Krımda ən son “S-500” hava hücumundan müdafiə sistemlərini yerləşdiriblər. Eyni zamanda, işğalçılar tərəfindən qanunsuz tikilmiş Kerç körpüsü hələ də hərbi məqsədlər üçün istifadə olunur…
araz.az xəbər portalı.