NASA “Youtube” kanalında canlı yayım zamanı eşidilən qorxunc səslə bağlı açıqlama yayıb.

araz.az   xəbər verir ki, NASA astronavtların təhlükədə olduğu hesab edilən səsin təlim simulyasiyasına aid olduğunu açıqlayıb.

Şirkət tərəfindən verilən açıqlamada Beynəlxalq Kosmik Agentliyində fövqəladə vəziyyətin olmadığını və bütün astronavtların həyatları üçün təhlükənin olmadığını deyib.

Açıqlamada səs yazısı yayımlanarkən Beynəlxalq Kosmik Stansiyadakı astronavtların yatdığı və qeydin “müxtəlif kosmik ssenarilərə hazırlıq” üçün hazırlanmış təlim simulyasiyasına aid olduğu bildirilib.

Qeyd edək ki, NASA-nın rəsmi yutub kanalında canlı yayımda astronavtlardan birinin sağ qalma şansının “aşağı” olduğunu bildirən səs eşidilib.

Səs yazısında ekipaj üzvlərindən birinin təzyiq dəyişikliyinə görə inkişaf edən dekompressiya xəstəliyinin təsiri altında olduğu eşidilib.

araz.az xəbər portalı.