Fransa kimi Niderland və Belçika rəsmiləri və deputatları da, tez-tez Azərbaycan əleyhinə açıqlamalar verirlər.

araz.az   Teleqraf.com-a istinadən  xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert bəzi Avropa dövlətlərinin Azərbaycana qarşı fəaliyyətlərinə diqqət çəkib:

“Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə “Azı üç ölkə Azərbaycana qarşı soyuq müharibə elan edib” deyərkən, hansı dövlətləri nəzərdə tutub? Aydındır ki, onlardan biri Fransadır. Digər iki ölkədən birinin Niderland olduğunu söyləmək mümkündür. Çünki bu ölkənin rəsmiləri və deputatları da, fransalı həmkarları kimi, tez-tez Azərbaycan əleyhinə açıqlamalar verirlər.

Azərbaycan 2023-cü ilin sentyabrında antiterror əməliyyatı həyata keçirdikdən sonra Niderland parlamentində Ermənistana silah satışı məsələsi müzakirə olunmuşdu. Niderland xarici işlər naziri Azərbaycan əleyhinə açıqlamaları ilə yadda qalmışdı. Nazir Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi məsələsini də gündəmə gətirmişdi. Həmin şəxs Azərbaycanın guya Ermənistana hücum əməliyyatı hazırladığını söyləmişdi. Niderlandda islamofob siyasətçiləri az deyil.

Fikrimcə, Avropa İttifaqının anti-Azərbaycan mövqeyi ilə seçilən üçüncü dövləti Belçikadır. Bu ölkənin parlamenti də Azərbaycana qarşı ədalətsiz qətnamələr qəbul edib və Belçika hökuməti bunun qarşısını almayıb. Əksinə, Belçikan xarici işlər naziri ötən il Azərbaycan əleyhinə bir neçə dəfə açıqlama səsləndirmişdi.

Avropa İttifaqının iki üzvü olan Yunanıstan və Kipr Respublikası da, Ermənistana dəstəklərini əsirgəmir. Ancaq Yunanıstan Azərbaycandan qaz aldığına görə, Afina Paris kimi qatı anti-Azərbaycan mövqeyindən çıxış etmir”.

araz.az xəbər portalı.