Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 12 min 801 nəfər və ya 0,1 faiz artaraq 2024-cü il may ayının 1-i vəziyyətinə 10 milyon 193 min 571 nəfərə çatıb.

araz.az   xəbər verir k, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri təşkil edir. Onlardan 49,8 faizi kişi, 50,2 faizi isə qadınlardır.

araz.az xəbər portalı.