CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 85
Göyçay rayonu Çaxırlı kənd sakini Əsgərov Samir Zahid oğlu gundemxeber.az-ın redaksiyasına ünvanladığı şikayət məktubunda qeyd edir ki, “mənim qardaşım Ramin Əsgərov bir neçə vaxtdır bütün aidiyyatı orqanlara subutlarla -faktlarla şikayət ərizələri göndərib bildirir ki, Göyçay rayonu Çaxırlı Bələdiyyəsinin sabiq sədri Orucəli Qəniyev vəzifə səlahiyyətlərindən sui-istifadə edib Çaxırlı bələdiyyəsinə məxsus 15 hektar örüş torpaq sahəsini saxta müqavilə ilə Əsgərova Ruhiyyə Valik qızına 99 illik icarəyə vermişdir. Ruhiyyə Əsgərovanın həyat yoldaşı Vidadi Əsgərov isə 20 hektardan çox örüş sahəsini qazaraq süni göl yaratmışdır.
Həmin 27.12.2006-cı il tarixli 27 saylı icarə müqaviləsi saxtalaşdırılaraq geri tarixə yazılıb. Hansı ki, həmin icarə müqaviləsi 2012-ci il tarixdə tərtib edilib geri 2006-cı il tarixdə yazılıb. Bunu isə ona görə ediblər ki, 2007-ci il tarixdə qəbul edilmiş qanuna əsasən bələdiyyə torpaqları mülkiyyət hüququ qeydiyyata alındqdan sonra hərrac vasitəsi ilə icarəyə verilə və ya satıla bilər. Həmçinin örüş torpaqlarının uzun müddətli icarəyə verilməsi və təyinatından kənar istifadə edilməsi 2007-ci il tarixdən qadağan olunub.
Həmçinin Ruhiyyə Əsgərovaya ilk olaraq müqavilə ilə 5 hektar torpaq sahəsi icarəyə verilmişdir. Bələdiyyə sədri sonradan həmin müqavilədə saxtakarlıqla dəyişiklik edib 5 rəqəmini 15 etmişdir.
Göyçay rayonu Çaxırlı Bələdiyyəsinin sabiq sədri Orucəli Qəniyevin saxtakarlıq və qanunsuzluqla tərtib etdiyi 27.12.2006-cı il tarixli icarə müqaviləsinin tam, hərtərəfli və obyektif yoxlanılmasına zərurət var. Həmin müqavilə üzrə 2006-cı il tarixdə keçirilmiş iclas və iclas protokolları, icarə müqaviləısi üzrə ödənilmiş icarə haqqına dair sənədlər, iclasda iştirak edən bələdiyyə üzvülərinin kimliyi və imzaları yoxlanılmaldır.
Ruhiyyə Əsgərovanın həyat yoldaşı Vidadi Faxrət oğlu Əsgərov Rusiyada iş adamı olub çox geniş maddi imkanı var. O, verdiyi rüşvətin hesabına bu cinayətlər həyata keçirilib.
Bizim şikayətlərə görə mərkəzi və yerli orqanlardan gəlib baxış keçirirlər qardaşım Raminlə görüşüb söhbət edib qanunu tədbirlər görüləcəyinə söz verib gedirlər. Ancaq nəticə olaraq heç bir tədbir görülməyib.
Cinayət yolu ilə yaradılmış həmin 20 hektardan çox ərazini əhatə edən göl qurunt suları yaradıb kəndin bütün torpaqlarını yararsız vəziyyətə salıb, sakinlər əkinlərini və bağlarını vaxtlı-vaxtında sulaya bilmir əziyyət çəkirlər. Ancaq həmin cinayət yolu ilə yaradılmış gölə daima su verilir.
Prezident cənab İlham Əliyevdən, Baş Prokuror cənab Kamran Əliyevdən, Korrupsiyaya Qarşı mübarizə İdarəsinin rəisi cənab Nazim Rəcəbovdan Ədliyyə Naziri cənab Fərid Əhmədovdan xahiş edirəm bu cinayət faktı araşdırlsın, cinayət yolu ilə örüş sahəsində yaradılmış göl ləğv edilib torpaqla doldurulub əvvəlki vəziyyətinə gətirlməsinə göstəriş verilsin,
əməllərində korrupsiya cinayətinin tərkbi olduğu üçün Göyçay rayonu Çaxırlı bələdiyyəsinin sabiq sədri Orucəli Qəniyevin və Vidadi Əsgərovun barəsində qanunu və ciddi tədbirlər görülsün.”
GundemXeber.Az redaksiyası olaraq bildiririk ki, yazıda adıçəkilən şəxslərin də qarşı tərəf olaraq, mövqelərini dinləməyə hazırıq.
Gundemxeber.Az
araz.az xəbər portalı.