Xəbər verdiyimiz kimi, Azərbaycanda qohum evliliklərin qadağan olunması ilə bağlı qanunvericiliyə dəyişikliklər təklif olunur.
Nikahın bağlanmasına mane olan halların sırasında qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu daxildir. Dünya əhalinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində uşaqlarda xəstəliklərin olması riski olduqca yüksəkdir.
araz.az xəbər verir ki, bakupost.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov bu qanunu dəstəklədiyini bildirib.
O qeyd edib ki, Milli Məclisin tibb sahəsində qəbul etdiyi qanunlar içərisində bu qanun ən yaxşılarındandır:
“Erkən nikah, qohumla evlənmək millətin genində xəstəliklər yaradır. Bir dəfə Türkiyədə səfərdə olanda türk xalqlarından bir nəfər nümayəndə ilə söhbət etdik. O, mənə dedi ki, “bizim 12-13 uşağımız olar. Onlardan biri qızımız pis yola gedərsə, oğlan narkoman olarsa, biz onu zəhərləyib öldürürük”. Onun bu sözlərinə məəttəl qaldım, dedim ki, sənin onu öldürməyə necə əlin gəlir? Dedi ki, “biz nəsli təmizləyirik, narkomandan doğulan uşaq da xəstə olacaq”. Mən demirəm ki, bizdə də belə olsun. Bu, cinayətdir. Amma qohumla evlənməsinlər. Xalaqızı-xalaoğluyla, əmiqızı-əmioğluyla evlənir və onlardan doğulan uşaqlarda da sağalmaz xəstəliklər əmələ gəlir”.
araz.az xəbər portalı.