İqtisadi ekspertlər hesab edirlər ki, hazırda Azərbaycanda hər 4 nəfərdən birinin banklara kredit borcu var.
EkoNews xəbər verir ki, problemli kreditlərin həcmi təhlükəli həddi keçərək 2 milyard manata doğru gedir.
Banklardan kredit alan sadə vətəndaşlar arasında jurnalistlərin də sayı az deyil. Baxmayaraq ki, banklar jurnalistlərə kredit verilməsi zamanı bir sıra çətinliklər yaradır. Bəs, media əhlindən kimin banka nə qədər borcu var?
Təranə Xudabaxşıyeva (“Sputinik Azərbaycan”): “Şükür Allaha ki, banka kredit borcum yoxdu. Çünki banklar jurnalistlərə kredit vermir”.
Aygün İlqarqızı (Unikal.org): “Hazırda banka 1500 manat borcum var. Bu yaxınlarda kredit götürmüşəm”.
Mansur Rəğbətoğlu: “Artıq 3 ildir kredit ödəyirəm. Hazırda 550 manatdan çox borcum qalıb”.
Turanə Məmmədli (Axar.az): “Mənim öz adıma kredit olmasa da, ailəmin banka borcu var”.
Zaur Zahidoğlu (Demokrat.az): “Ayda 45-50 manat banka kredit borcu ödəyirəm”.
Niyam Şirinov (Primetime.az) “Ayda banka 140 manat kredit borcu ödəyirəm”.
Pərvin Kazımoğlu (Qaynarinfo.az): “Hazırda banklara 4 min dollar və 5 min manat borcum var. Ayda 250 manat ödəniş edirəm”.
Tural İsmayılov (Mətbuat.az): “Banka ehtiyacım olduğu üçün müraciət etmişdim. Hazırda müəyyən məbləğdə borcum var. Amma mən yaxşı bank müştərilərindənəm, çünki heç vaxt ödənişi gecikdirmirəm, vaxtında ödəyirəm. Düşünürəm ki, məhz belə də olmalıdır”.
İntiqam Valehoğlu: (Ölke.az): “Heç vaxt banka kreditim olmayıb. Pul lazım olanda ərkim çatan dostlardan borc almışam, qısa zamanda qaytarmışam”.
Ruslan Rəhimov: “Xeyir, banka borcum yoxdu”.
Ramil Məmmədli: “Banka borcum yoxdu”.
Rəfiqə Əziz: “Mənim banka heç bir borcum yoxdu”.
İlkin Mustafayev (A24.az): “Təbii ki, var. “Kapital Bank”dan 1500 manat götürmüşəm, qohumlardan birinin adına. 1500 manat puldan 1440 manat pul verdilər. 23 ay, hər ay 78 manat ödəyirəm”.
araz.az xəbər portalı.