xerceng kl

Tanınmış jurnalist və yutuber Bahadur Seyidov Yutub kanalında “Palma” bitki yağlarındakı təhlükəli xəstəliyə səbəb olan araşdırmaların əks olunduğu video paylaşıb.

Sözügedən video-süjeti təqdim edirik:

 [bt_youtube url=”https://youtu.be/HXSchoDsFXY” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

AZƏRBAYCAN DA TONLARLA PALMA YAĞI ALIR

“Marja” 05 Oktyabr 2015 –ci il tarixində yaydığı məlumatda qeyd etmişdi ki, Azərbaycanda da palma yağından geniş istifadə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəmizə 2014-cü ildə 28,5 milyon dollar dəyərində 47,6 min ton palma yağı idxal olunub. 2015-ci ilin yanvar-iyun aylarında isə ümumi dəyəri 16,4 milyon ABŞ dolları olan 27,3 min ton xam palma yağı idxal olunub. Palma yağının böyük bir hissəsi İndoneziyadan, cüzü bir hissəsi də Malayziyadan alınır.

Gətirilən palma yağının hansı məhsulun istehsalında istifadə edilməsi açıqlanmır.

Əlbəttə, bu qədər palma yağının idxal olunması şübhə doğurur. Böyük ehtimalla, xaricdən alınan palma yağından süd, pendir, xama, marqarin, dondurma və şokolad məhsullarının istehsalında geniş istifadə edilir. Palma yağı qidaların rəf ömrünü (istifadə müddətini) artırır.

DİQQƏTLİ OLUN!

Palma yağının xərçəng xəstəliyi əmələ gətirə biləcəyini deyən həkimlər, bu yağı ehtiva edən qidalardan uzaq durmağın lazım olduğunu məsləhət görürlər. Dünyada bu yağın istifadəsi qadağan edilməyib, ancaq aparılan təzyiqlər ilə, Avropa Birliyi, palma yağı olan qidaların etiketində bu barədə açıq yazılması barədə bir qanun çıxardıb. Bundan əvvəl, qidaların etiketində yalnız “bitki yağı” yazırdılar. Unudulmamalıdır ki, bir məhsulun tərkibini göstərən etiketi üzərində “bitki yağı” ifadəsi varsa, böyük ehtimalla həmin yağ palma yağıdır. Bir çox hallarda isə, məhsulların etiketində Palma Yağı, Palmitic Asit, Palmeate, Palm şəkilində məlumat verilir.

Palma yağı, uzunömürlü və xüsusilə də ucuz yağ olduğu üçün istifadə edilir, amma keyfiyyətsiz və doymuş yağ ehtiva etdiyi üçün ürək xəstəlikləri və köklük ilə də əlaqələndirilir. Həmçinin istehsalı üçün geniş sahəyə ehtiyac var, bunun üçün də, iqlimi əlverişli olan Cənub-Şərqi Asiyadakı meşələr talan edilir.Oranqutanlar, meymunlar, fillər, kərgədanlar və daha çox heyvan və bitkinin nəsli tükənir. İçimizə çəkdiyimiz oksigenin mühüm mənbəyi məhv edilir.

ƏN ÇOX İSTEHLAK EDİLƏN BİTKİ YAĞIDIR

İddialara baxmayaraq, palma yağı hazırda dünyanın ən çox istehlak edilən bitki yağıdır. İldə dünyada 50 milyon ton civarında palma yağı istifadə edilir. Dünyada palma yağı, əsasən marqarin və şokolad istehsalında istifadə olunur. Bu gün palma yağından böyük miqdarda bioloji yanacaq istehsalında da istifadə olunur.

 

araz.az xəbər portalı.