“Nvidia” çərşənbə axşamı birja ticarətinin nəticələrinə görə “Microsoft”u geridə qoyaraq, dünyanın ən dəyərli şirkəti olub.
araz.az bildirir ki, bu barədə “Reuters” agentliyi ticarət məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, şirkətin səhmləri 3,2% artaraq 135,21 dollara çatıb. Çip istehsalçısının bazar kapitallaşması isə 3,33 trilyon dollar təşkil edib. “Microsoft”un bazar dəyəri isə 3,322 trilyon dollar olub.
Dünyanın ən dəyərli şirkətləri üçlüyünü isə “Apple” tamamlayıb. Onun kapitallaşması 3,281 trilyon dollar təşkil edib.
Qeyd edək ki, iyunun 12-də “The Wall Street Journal” nəşri “Apple”in “Microsoft”u keçərək, ABŞ-nin ən dəyərli şirkəti olduğunu xəbər vermişdi.
araz.az xəbər portalı.