Son günlər magistral yollarda nasazlıq səbəbindən qalan avtomobillərə tez-tez rast gəlinir.
Havalar isinən kimi əsasən də daxili yanma mühərrikli avtomobillərdə belə nasazlıqlar çox olur.
Ustalar hesab edir ki, benzin mühərrikli avtomobillərin sürücünü yolda qoymasına əsas səbəblərindən biri yanacaq nasosunun düzgün işləməməsidir.
Usta Sahil Ağabəyli deyir ki, avtomobillərin nasosunun tez sıradan çıxmasına səbəb olan amillərdən biri də yanacağın çəndə az olmasıdır.
Usta onu da bildirdi ki, sürücülər uzaq yola çıxarkən yanacaq nasosuna və avtomobilin su qovucusuna (”pompa”)sına nəzarət etsələr, isti hava səbəbindən yolda qalmazlar.
Daha ətraflı videomaterialda.
araz.az xəbər portalı.