Bu il Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı yüksək temperatur səbəbindən həlak olan zəvvarların sayı 922-yə yüksəlib. Hətta, Məkkəyə ailəsi ilə birlikdə gedən 4 yaşlı misirli uşağın dünyasını dəyişməsi reaksiyalara səbəb olub.
araz.az bildirir ki,mövzu ilə bağlı demokrat.az-a açıqlamasında keçmiş deputat, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin qudası hacı Qalib Salahzadə Həcc ziyarəti zamanı həlak olan zəvvarlara Allahdan rəhmət diləyib.
O, müqəddəs ziyarət zamanı ölən zəvvarların taleyini Allahla əlaqələndirib:
“Bu Allahın işidir, Allah bilən məsləhətdir. Allahın işinə qarışa bilmərik. Allah Həcc ziyarətində vəfat edənlərin hamısına rəhmət eləsin”.
Əfsanə RƏCƏB
araz.az xəbər portalı.