Bu ilin yanvar-may aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 1,3 milyard ABŞ dolları və yaxud 1,8% artaraq, 69,7 milyard ABŞ dollarına çatıb.

araz.az bildirir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Məlumata görə, profisitli tədiyə balansı valyuta bazarında tarazlığın qorunmasında həlledici rol oynayır. 2024-cü ilin I rübündə tədiyə balansının cari əməliyyatlar hesabındakı profisitin ümumi daxili məhsula (ÜDM) nisbəti 10,1% təşkil edib.

araz.az xəbər portalı.