1517558940_connect.jpeg

Xəbər verdiyimiz kimi, dünən günorta saatlarından etibarən Bakının bəzi ərazilərində internetin verilişi dayandırılıb.

Araz.az Cəbhe.info-ya istinadən xəbər verir ki, Connect 1 fevral saat 14 radələrindən abonentlərin internetlə təminatını dayandırıb. Əvvəlcə provayder internet verilişinin dayandırılması ilə bağlı çoxsaylı şikayətləri qəbul etməsə də, çox keçmədən texniki səbəblərdən problemlər yarandığını bildirib. Qeyd olunub ki, internet paylayıcı qurğuda partlayış olduğuna görə internet verilişi dayandırılıb. 

Dünəndən etibarən Connect-in monopoliyasında olan ərazilərdə, o cümlədən redaksiyamızın yerləşdiyi Nizami metrostansiyası ətrafında internet verilişi bərpa edilməyib. Şirkət internetin nə zaman bərpa ediləcəyi barədə açıqlama vermir.

Xatırladaq ki, bu səbəbdən Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzetinin redaksiyalarının işində də müəyyən fasilələr olub. Məsələ ilə bağlı məhkəməyə müraciət olunacaq. 

araz.az xəbər portalı.