Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib ki, Azərbaycanda taxılın qiyməti 2023-cü illə müqayisədə iki dəfə ucuzlaşaraq 30 qəpik təşkil edir. Bəs bu ucuzlaşma çörəyin qiymətinə də təsir edə bilərmi? 

araz.az  bildirir ki,  mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirdi ki, keçən ilin yanvar ayından bu ilin iyun ayına kimi unun topdan satış qiymətində 22% ucuzlaşma baş verib:

“Amma çörəyin 1 kiloqramının qiymətində isə  cəmi 9,2% ucuzlaşma olub. Təbii ki, unun qiymətindəki ucuzlaşma çörəyin qiymətində də əks olunmalıdır. Amma təəssüf ki, bu hələ adekvat şəkildə  baş verməyib. Çörək strateji məhsuldur. Ona görə də bu məhsulun qiymətinin müəyyənləşməsinə mütləq şəkildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən nəzarət olunmalıdır. Yəni, çörəyin qiymətinin müəyyənləşməsi ilə bağlı istehsalçılarla söhbət aparmalı və bazarda unun qiymətinin ucuzlaşmasına uyğun çörəyin də qiyməti aşağı salınmalıdır”.

 

araz.az xəbər portalı.