Yaxın vaxtlarda Azərbaycanda “Aİ-92” markalı benzin və dizel bahalaşacaq.

araz.az xəbər verirki, bu barədə “Bakinski Burila” teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, qiymət artımı çox olmayacaq.

Həmçinin vurğulanır ki, “Aİ-92” markalı benzinin keyfiyyəti yüksək deyil və nisbətən ucuzdur.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qiymət artımının cüzi olacağı gözlənilir. Mənbəmizin sözlərinə əsasən, hökumət bu qərarın neqativ yükünü qəbul edir, ancaq zəruri olduğunu düşünür.

Belə ki, “Aİ-92” və dizel bir tərəfdən ciddi ekoloji problemlər yaradır, digər tərəfdən isə dünyada geniş vüsət almış elektrik mühərriklərə Azərbaycanda keçidi ləngidir.

Qənaət ondan ibarətdir ki, bu qərar vətəndaşların “Aİ-92” və dizellə çalışan mühərrikli avtomobillərdən imtina etməsini və elektrik avtomobillərə keçidini əsaslı şəkildə stimullaşdıracaq.

Qeyd edək ki, hazırda ölkədə “Aİ-92” markalı benzinin 1 litrinin pərakəndə satış qiyməti 1 manat, dizelinki isə 80 qəpikdir.

araz.az xəbər portalı.