1518423736 taleh qarasov

Lənkəran şəhərində Heydər Əliyevə uzun müddət qoyulan heykəl dəyişdirilərək ağ mərmərdən qoyulub.

Aztoday.az xəbər verir ki, eks-prezidentin əvvəlki heykəli qızılı rəngdə, siyasi xadimlərə qoyulan heykəl formatında qoyulmuşdu.

Demək olar ki, Heydər Əliyevə heykəlləri ölkənin bütün rayonlarında mövcuddur. Yalnız Lənkəranda bir neçə ay öncə heykəl dəyişdirilərək ağ mərmərdən qoyulub.

İcra hakimiyyətindəki mənbə bildirib ki, heykəlin dəyişdirilməsi üçün böyük məbləğdə vəsait ayrılıb və bu, şəxsən icra başçısı Taleh Qaraşovun təşəbbüsü olub. Heykəlin hazırlanması zamanı isə külli miqdarda vəsait həzmi-rabedən keçirilib. Həmçinin bu heykəlin dəyişdirilməsinin hansı zərurətdən irəli gəldiyi də ictimaiyyətə açıqlanmayıb.

Maraqlı odur ki, adətən, ağ rəngdə heykəl və büstlər mədəniyyət xadimlərinə qoyulur. Bəs onda Qaraşovun bu “kreativ” heykəllə pulyuma əməliyyatı hansı kriteriyalara uyğun gəlir.

Görünən odur ki, Qaraşov ya bu addımı siyasi savadsızlıqdan irəli gəlir, ya da eks-prezidenti siyasi xadim kimi deyil, mədəniyyət xadimi kimi görür.

Orxan Məmmədov

AzToday.az

araz.az xəbər portalı.