Ləğv olunan “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevə yeni vəzifə verilib.
araz.az unikal-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov əmr imzalayıb.
Əmrə əsasən, Zakir Quliyev Regional Su Meliorasiya Xidmətinin rəisi təyin edilib.
Digər əmrlə isə Rafiq Aslanov Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi vəzifəsinə təyinat alıb.
Xatırladaq ki, hər iki şəxs meliorasioya sahəsində “dərin kök salmış kilid adamlar” olublar. Onlar ta Əhməd Əhmədzadənin dövbründən Meliorasiya və Su Təsərrüaftı ASC-də ən güclü fiqurlar sayılırlar. Adları bir mox korrupsiya iddialarında hallanlb. Ancaq onları heç kəs vəzifədən uzaqlaşdıra bilməyib.
Bir çoxları Zaur Mikayılovdan təyinatı zamanı onları bu sahədən uzaqlaşdıracağını gözləsə də, görünür, hər iki qudasına yüksək vəzifələr verən Agentlik sədri digərlərinin də qarşısına gözükölgəli davranmaq məcburiyyətində qalıb…
Xatırladaq ki, Zakir Quliyev 1 aprel 1966-cı ildə Sabirabad rayonunda anadan olub.
1991-ci ildə Novoçerkask Mühəndis Meliorasiya İnstitutunu, 2003-cü ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir.
Ailəlidir, üç övladı var.
O, 1986–1991-ci illərdə Azərbaycan Respublikası Kənd Tikinti İstehsalat Birliyinin Sabirabad 8 saylı İxtisaslaşdırılmış Səyyar Mexanikləşdirilmiş dəstəsində fəhlə, iş ustası, mühəndis, baş mühəndis, 1991–1998-ci illərdə həmin idarənin rəisi vəzifəsində işləyib. 1998–2006-cı illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində (əvvəllər Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi yanıda Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi) Sabirabad Suvarma Sistemləri İdarəsinin və Kür-Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi vəzifələrində işləmişdir.
2006-cı ildən Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavinidir.
Rafiq Aslanova gəldikdə isə, o, 1962-ci ildə Füzuli rayonunda anadan olub.
O, 1984-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, sonralar Azərbaycan Dövlət İqtisad Universitetini və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.
1984 – 1993-cü illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin bir sıra idarə və şöbələrində müxtəlif vəzifələrdə işləyib.
1993- 2006-cı illərdə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin İqtisadiyyat, maliyyə və əmək haqqı idarəsində rəis vəzifəsində çalışıb.
2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavinidir.
araz.az xəbər portalı.