Bu ilin yanvar-aprel aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsinin həcmi  ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,5% artaraq 432,9 milyon manat olub.

araz.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, hüquqi şəxslərin ictimai iaşə dövriyyəsi 257,8 milyon manat olub.
Bu, ümumi dövriyyənin 59,5%-ini təşkil edib.
Məlumat üçün onu da bildirək ki, eyni dövrdə ölkə üzrə ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,8% artaraq 614,5 milyon manat olub.
Açıqlanan göstəricilərdən də göründüyü kimi, bu ilin yanvar-aprel aylarında ölkə üzrə qeydə alınan ictimai iaşə dövriyyəsinin 70,4%-i paytaxt Bakının payına düşüb.

araz.az xəbər portalı.