Ötən gün paytaxtın Nərimanov rayonunda törədilmiş qətldən sonra cinayətdə şübhəli bilinən 21 yaşlı İsmayıl Allahverdiyevin tutulma görüntüləri yayılıb.

araz.az xəbər verir ki, kadrlarda 2 mülki geyimli şəxsin İ.Allahverdiyevi saxlaması, yanlarındakı xanımın isə polis çağırılması ilə bağlı xahiş etdiyi görünür.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, şübhəli şəxsi tərksilah edən mülki geyimdə olan rütbəli polis əməkdaşıdır.

Qeyd edək ki, hadisə vaxtı “Metropark” ticarət mərkəzinin qarşısında 24 yaşlı Tural Kosayev güllələnərək qətlə yetirilib.

 

araz.az xəbər portalı.