Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında 2019-cu ildə gözlənilən bir sıra vacib hadisələrin anonsunu verib.
Araz.az “Moskva-Baku”ya istinadən xəbər verir ki, səfir Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Bakı filialının açılması üzrə danışıqların gücləndirilmiş rejimdə davam etdiyini söyləyib.
“MDBMİ filialının açılışına gəlincə, Bakıda bu istiqamətdə aktiv işlər görülür, Rusiya universiteti və Azərbaycan tərəfi arasında əlaqələr qurulur. Ümid edirik ki, 2019-cu ildə vəziyyət aydınlaşacaq. Ancaq sizi əmin edirəm ki, bu məsələ irəliləməkdədir.
Rusiyanın iki başqa ali təhsil ocağı da Azərbaycanla əməkdaşlıq üçün ərizələrini göndəriblər, qarşıda birbaşa danışıqlar prosesi gözlənilir. Gələn il bu ali təhsil müəssisələri üzrə də irəliləyişin olacağın ümid edirik”,- deyə rusiyalı diplomat qeyd edib.
M. Boçarnikovun sözlərinə görə, Rusiya 2019-cu ildə azərbaycanlı tələbələrin Rusiya Federasiyasının ali məktəblərinə qəbulu ilə bağlı dövlət kvotasını təmin etməyə davam edəcək:
“Kvota geridə qoyduğumuz ildə olduğu kimi, 205 nəfər təşkil edəcək. Bundan başqa, əlbəttə ki, Rusiya ali məktəblərinə daxil olmağı arzulayalanların əksəriyyəti hər hansı kvota olmadan, öz istəkləri ilə qəbul olunur. Bu yaxınlarda səslənən rəqəmə görə, Rusiya Federasiyasında 11 minə yaxın tələbə oxuyur”.
araz.az xəbər portalı.