ABŞ, Almaniya, Niderland və Kanada öz vətəndaşlarını Livanı tərk etməyə çağırıb.

araz.az   xəbər verir ki, Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi Livandakı ABŞ vətəndaşlarını evakuasiyaya hazırlaşmağa çağırıb.

Öz növbəsində Kanadanın ardınca Almaniya və Niderland Livan və İsrail arasında genişmiqyaslı müharibənin başlaya biləcəyindən ehtiyat edərək öz vətəndaşlarını Livanı tərk etməyə çağırıb.

“Almaniya vətəndaşlarından təcili olaraq Livanı tərk etmələri xahiş olunur” deyə ölkənin Livandakı səfirliyi xəbərdarlıq edib.

Səfirliyin bəyanatında qeyd olunub ki, belə bir vəziyyətdə hava hərəkəti dayandırıla və bu baş verərsə, uçuşlar qeyri-mümkün ola bilər.

Ümumilikdə ən azı 10 ölkə öz vətəndaşlarına oxşar çağırışlar edib.

araz.az xəbər portalı.