Bəlkə də sudan sonra ən çox içilən maddə çaydır. Çay mədəniyyəti çox qədimdir və bir neçə ölkələrdə çox yayılmışdır. Çin, Yaponiya, Hindistan çayın əsas tükədici ölkələrindən sayılır. Bu ölkələrdə müxtəlif cür çay növləri mövcuddur. Ölkəmiz də çayına görə çox məşhurdur və armudu stəkanda çay içmək ənənəsi keçmiş zamanlardan dövrümüzə qədər gəlib çıxmışdır. Qardaş Türkiyədə olan fərqli çay dadları da ölkəmizdə sevilir. Bəs bu çox sevdiyimiz çayın sağlamlığımıza yaxşı təsir etdiyi və ya pis təsir etdiyi tərəfləri hansılardı? Bununla bağlı etdiyimiz araşdırmalarla qarşınızdayıq.
Çay xərçəng riskini azaldır.
Manevr.az bildirchin.az-a istinadən bildirir ki, Harvard Qadın sağlamlıqları və Harvard tibb məktəbinin araşdırmalarına görə çay içən insanlarda xərçəng riski xeyli azalır. Çünki çay antioxsidant təsirə malikdir və belə olduğu üçün insanları xərçəngdən qoruyur. Ancaq çayın təbbi olması mütləqdir.
Təzyiqi normada saxlamaq üçün çay için
Çinlilər tərəfindən keçirilən araşdırmalara görə yaşıl çay təzyiqi normada saxlayır. Bu səbəbdən də gür ərzində bir stəkan yaşıl çay içməyiniz sağlamlığınızın xeyrinədir. Xolestrol və piylənmənin də qarşısını aldığını da qeyd etmək istərdik.
Bəs zərərli tərəfləri?
Çayın tərkibində kofein olduğunu bilirik. Bu kofein isə bədən üçün elə də xeyirli maddə sayılmır. Yuxusuzluq gətirə bilər, bundan da əlavə həddindən artıq idrara yol açır.
2010-cu ildə NBC xəbərlərdə qeyd edilmişdir ki, qara çay böyrək daşlarının yaranmasına da səbəb olur. Bundan əvvəl isə Çinlilərin etdiyi araşdırmaya görə yaşıl çay böyrəkdə olan böyük daşların əriməsinə kömək olduğu qeyd edilmişdir.
Ümumiyyətlə, gün ərzində 2 8litr su içdiyinizdən əmin olun və ən çox 3 stəkan olmaqla çay da içə bilərsiz. Bəzən, xüsusi çay növlərində qeyd edilən rəqəmlər fərqli də ola bilər. Ona görə də hər şeydən öncə istifadə etdiyiniz məhsul haqqında ətraflı məlumat alın. Hər şeyi qədərində istifadə etdikdən sonra, ziyanından qorxmaq lazım deyil.
araz.az xəbər portalı.