Yazıçı Aqşin Yenisey sosial şəbəkə hesabında evliliklərlə bağlı paylaşım edib.

araz.az  xəbər verir ki, o, həyat yoldaşını ictimai mühitdən seçənlərin ya boşandığını, ya da ömür boyu kor-peşman həyat yaşadığını bildirib:
“Belə mövzularda az danışan adamam. Amma fikri ciddi olan gənclərlə təcrübələrimizi bölüşməliyik.
Azərbaycanda istər kişi olsun, istər qadın, fərq etməz. Həyat yoldaşını ictimai mühitdən seçənlərin, demək olar ki, hamısı ya boşanır, ya da bütün ömür boyu kor-peşman bir həyat yaşayırlar.
Kim ki, görücü üsulu ilə ailə qurur, kim ki xalası qızı, bibisi oğluyla evlənir, bütün problemlərə baxmayaraq, ən azı, yarıxoşbəxt bir həyat yaşayır.
Bunun sosioloji səbəbləri var:
1. İctimai mühit insanı üçün hədəf ailə deyil, şəxsi karyeradır.
2. İctimai mühit Şərqdə kişilərlə qadınların birləşdiyi deyil, ayrıldığı yerdir. Yəni cinsəl olaraq gizli düşmənçilik mühitidir.
3. Ənənə “Leyli və Məcnun” kodunu ta uşaqlıqdan beyinlərə yerləşdirib: Şərqdə sevib evlənmək mümkün deyil. Mümkün olmayana cəhd edənlər bədbəxt olacaqlar.
(İstisnalar mənlik deyil həmişəki kimi)”.

araz.az xəbər portalı.