Belə bir fikir var ki, kondisionerin tez-tez işə salınması avtomobilin sisteminə zərər vura bilər.

Avtoekspert isə bildirib ki, əksinə əgər kondisioneri tıxacda işə salsanız, xüsusən də isti havalarda, onda mühərrikin ömürünü uzatmış olarsınız.

araz.az avtosfer.az-a istinadən xəbər verir ki, ekspert izah edib ki, mühərrik kondisioner qoşulmadan adi rejimdə işləyəndə, maksimal temperaturda qızır və pərlər işə düşərək mühərriki soyudur:

“Lakin bu, həm yağ itkisinə, həm də porşen halqalarının və klapanların maksimum kokslanmasına da gətirib çıxarır”.

Все о кондиционере в автомобиле: 10 полезных советов и напоминаний

Həmçinin mütəxəssis vurğulayıb ki, işləyən kondisioner mühərriki daim aşağı temperatur həddində saxlayır və bu sayədə mühərrikin ömürünü uzadır:

“Ümumiyyətlə, çox vaxt avtomobillərdə kondisionerin işləməsi ilə bağlı təlimat olmur. Buna görə də, istənilən temperaturda onu məhdudiyyətsiz istifadə edə bilərsiniz”.

 

araz.az xəbər portalı.