Avtomobillərin ön yan şüşələrinin tündləşdirilməsi qaydalarında dəyişiklik edilib.
araz.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, bu il iyulun 3-dən Gürcüstan Daxili İşlər Nazirinin əmri ilə həyata keçirilən dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin sahiblərinə Nazirliyin razılığı olmadan ön yan şüşələrin 60%-ə qədər tündləşdirilməsinə icazə verilib.
“Sözügedən dəyişikliklərin həyata keçirilməsinə qədər ön yan şüşələrin tündləşdirilməsinə 40% məhdudiyyət qoyulmuşdu. Sürücünün arxasında əyləşən sərnişinlərin yan tərəfində yerləşən yan şüşələrə gəlincə, 75%-lik məhdudiyyət yenə də onlara şamil edilir.” – deyə məlumatda qeyd olunur.
araz.az xəbər portalı.