Paytaxtın Nizami rayonunda avtomobil anidən tüstülənib.
araz.az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə iyulun 2-də günorta saatlarında qeydə alınıb. Belə ki, 10-UY-907 dövlət nömrə nişanlı “Opel” markalı avtomobil alışmağa başlayıb. Avtomobilin yaranmış texniki nasazlıqdan tüstüləndiyi bildirilib. Nəticədə nəqliyyat vasitəsi kilidlənib. Bu zaman Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı və yaxınlıqdakı şəxslər alışmaqda olan avtomobilə müdaxilə edərək yanğının qarşısını alıblar.
Qeyd edək ki, hadisə zamanı avtomobilə ciddi maddi ziyan dəyib.
araz.az xəbər portalı.