“Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında uğurla çıxış edən qardaş Türkiyə milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq 8 ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik edirəm”.
araz.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev sosial media hesabında yazıb.
Ölkə başçısı daha sonra UEFA tərəfindən “Bozqurd” işarəsinə görə haqsız cəzalandırılan Merihə dəstək verib:
“Xüsusilə, 1/8 final mərhələsində 2 qol vuraraq oyunun ən yaxşı futbolçusu seçilmiş Merih Demiralı təbrik edirəm. Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm. Türkiyə millisinə Hollandiya ilə oyunda qələbə arzu edirəm! Yaşasın Türk dünyası!”.
araz.az xəbər portalı.