“Hər hansı ölkədə fəaliyyət göstərən iş adamı (təbii ki, biz azərbaycanlılardan danışırıq) sözsüz ki, həmin ölkənin qanunları çərçivəsində fəaliyyət göstərir”.
araz.az bildirir ki,bu sözləri diaspora.TV-yə İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri, hüquq müdafiəçisi Samir Adıgözəlli deyib.
Sədr bildirib ki, azərbaycanlılar qarşılaşdığı hansısa bir olay, təhdid, hədə və s. əlaqədər həmin ölkənin hüquq-mühafizə orqanlarına müraciət etmək hüququ var:
“Fəaliyyət göstərdiyi ölkə onun hüquqlarını müdafiə etməyə borcludur. Eyni zamanda hadisənin əhəmiyyətinə görə vətəndaşı olduğu Azərbaycan Respublikasının müvafiq orqanlarına da müraciət etmək hüququ var”.
S.Adgözəlli belə hallarda konkret olaraq baş verən olaya görə addımların atılmasının məqsədəuyğun olduğunu diqqətə çatdırıb.
araz.az xəbər portalı.