zencefil001.jpg

Həddən artıq yağlı yeməklər damar tıxanmasına səbəb olur. Damar tıxanması isə ürək-damar xəstəlikləri, infarkt və bir çox müxtəlif xəstəliklərə səbəb olur. Əsasən də ürəyi qorumaq üçün damarların tərtəmiz olması lazımdır. Bunun üçün də damarları təmizləyən qidalara üstünlük verilməlidir.

Medicina.az damarları tozsoran kimi təmizləyən resepti təqdim edir:

Lazım olanlar:

250 ml zəncəfil suyu
250 qr sarımsaq püresi
250 ml limon suyu
250 ml alma sirkəsi
5 x.q. bal

Damarları temizleyen içecek tarifi

Baldan başqa bütün ərzaqları qarışdırın və vam odda 30 dəqiqə bişirin. Bişdiyi müddətdə tez-tez qarışdırın. Daha sonra bir qırağa qoyub, soyumasını gözləyin. Qarışıma bal əlavə edib, şüşə butulkaya tökün. Soyuduca 1-2 ay müddətində saxlayın.

Bu müddət başa çatdıqdan sonra hər səhər acqarına 1 xörək qaşığı için. Sarımsaq və bal qan təzyiqini və xolesterolu azaldır, zəncəfil ürək xəstəliklərinin qarşısını alır, limon ürək ritmini qaydasına salır, alma sirkəsi isə toksinləri orqanizmdən kənarlaşdırır.

Qeyd: bu, xalq təbabətindən gələn üsuldur. İstifadədən əvvəl içərisində olan ərzaqlardan hər hansı birinə qarşı allergiyanız olub-olmadığını dəquqləşdirin. Əgər bilmirsinizsə, mütəxəssisdən kömək istəyin.

araz.az xəbər portalı.