Bir neçə gün bundan öncə Masallı rayonunun Dəmbəlov və Şıxlar kənd sakinləri Bizimxeber.Tv xəbər portalının redaksiyasına sensasion məlumatlar çatdırıblar. Sakinlərin verdikləri məlumatlara görə, Masallı rayonunun Dəmbəlov kənd sakini Rzayev Taleh Şahverdi oğlu bir neçə il bundan öncə meşə gözətçisi vəzifəsində çalışmış və 2019-cu ildə onun mühafizə etdiyi meşə zolaqlarında narkotik tipli bitkilər aşkar olunur və belə bir səbəbdən də o, Əmək Məcəlləsinin “70”-ci maddəsinin “ç” bəndi ilə daşıdığı vəzifəsindən uzaqlaşdırılır.

Sakinlərin verdikləri məlumatlarda o da qeyd olunur ki, Taleh Rzayev 28 yaş həddinə çatan oğlunu hərbi xidmətdən yayındırır və o, oğluna saxta yolla hərbi bilet alır..

Sakinlərin başqa bir iddialarına görə, Rzayev soyadını daşıyan bu şəxsin at ilxısı var və o, onları daim meşə zolaqlarına buraxır. Bu da meşə zolaqlarının, ələlxüsus həm təbii bərpa, həm də kənd sakinlərin əkdikləri yaşıllıqların məhv edilməsi ilə nəticələnir. Sakinlərin dediklərinə görə hal-hazırda bu şəxsin işi-gücü, ancaq və ancaq meşə zolaqlarına cavabdehlik daşıyan şəxslərdən qərəzli şəkildə müxtəlif dövlət qurumlarına şikayət ərizələri göndərməkdir. Söz yox ki, yuxarıda qeyd olunanlar rayonun Dəmbəlov və Şıxlar kənd sakinlərinin çatdırdıqları məlumatlar olmaqdan əlavə, həm də müəyyən media resurslarında yayılan açıqlamalardır.

Məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!
Masallıda sakinlər keçmiş meşə gözətçisi Rzayev Taleh Şahverdi oğlundan niyə narazılıq edirlər?

araz.az xəbər portalı.